Vəzifənin adı: Satınalmalar şöbəsi, Loqistika üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
• Gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası, və s. üçün müraciətin edilməsi;
• Təchizatın logistik məsələlərinin idarə edilməsi üzrə cavabdeh olmaq;
• Logistikaya dair prosedur və proseslərə dair hərtərəfli biliklərin olması;
• Yerli və xarici idxal/ixrac qanunvericiliyini bilmək;
• Xarici şirkətlərlə əlaqə yaratmaq və yükün daşınmasını təşkil etmək;
• Sifariş olunan avadanlıqların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi;
• Hazır avadanlıqların vaxtında yüklənməsi ve sənədləşməsinə nəzarət;
• Avadanlıqların statusu haqqında məlumatın mütəmadi yenilənməsi.
Təhsil/Təcrübə:
• Ali təhsil;
• Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dili biliyinə malik olmalı;
• Analoji sahədə azı 3 il iş təcrübəsi olmalı (Ölkədaxili və ölkəxarici daşımalar üzrə təcrübəli);
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
Əlavə məlumatlar:
• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• 5 günlük iş həftəsi;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• E-mail: cv@stp.az