Sumqayıtda bu sahədə çalışa bilən mütəxəssis axtarılır - VAKANSİYA

1657

Vəzifənin adı: Satınalmalar şöbəsi, Loqistika üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• Gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki  təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası, və s. üçün müraciətin edilməsi;
• Təchizatın logistik məsələlərinin idarə edilməsi üzrə cavabdeh olmaq;
• Logistikaya dair prosedur və proseslərə dair hərtərəfli biliklərin olması;
• Yerli və xarici idxal/ixrac qanunvericiliyini bilmək;
• Xarici şirkətlərlə əlaqə yaratmaq və yükün daşınmasını təşkil etmək;
• Sifariş olunan avadanlıqların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi;
• Hazır avadanlıqların vaxtında yüklənməsi ve sənədləşməsinə nəzarət;
• Avadanlıqların statusu haqqında məlumatın mütəmadi yenilənməsi.

Təhsil/Təcrübə:

• Ali təhsil;
• Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dili biliyinə malik olmalı;
• Analoji sahədə azı 3 il iş təcrübəsi olmalı (Ölkədaxili və ölkəxarici daşımalar üzrə təcrübəli);
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• 5 günlük iş həftəsi;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• E-mail:  cv@stp.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər