Sumqayıtda butulka zavodu tikiləcək – 70-dək daimi iş yeri yaradılacaq

2447

Sumqayıt Kimya Sənaye Parkında yeni rezident – “Glassica” QSC qeydiyyata alınıb və bununla da Sənaye Parkının rezidentlərinin sayı 22-yə çatıb.
Xeberle.com-un Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, “Glassica” QSC tərəfindən Almaniyanın şüşə-əritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan “HORN Glass Industries AG” şirkətinin texnologiyalarının tətbiqi ilə Sənaye Parkının ərazisində müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) istehsal edən zavod inşa olunacaq.
Qeyd edilir ki, layihənin investisiya dəyəri 20 mln. manatdan çoxdur və müəssisədə 70-dək daimi iş yeri yaradılacaq.
Bundan əlavə, istehsal olunacaq məhsullar daxili bazarın təlabatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər