Bolgexeber.com-un əməkdaşının Sumqayıtda, 6-cı mikrorayonun altında, dəniz kənarında yerləşən ərazidə gördüyü mənzərə heç də ürəkaçan olmayıb. İnanmırıq ki, baxımsızlıqdan, daş-kəsəyin, zir-zibilin əilndən dəniz kənarında olan bu mənzərə burya təmiz hava almaq istəyənlərdə xoş və romantik təəssürat oyada. Ola bilsin ki, bu bu hal kimlərinsə zibilləri əraziyə maşınla gizlin tökməsindən yaranıb. Amma bəlkə də bu, heç də belə deyil…
Yenə də, hər bir halda Sumqayıtın müvafiq qurumları dəniz kənarındakı bu xarabaxananın aradan qaldırılması, qarşısını almaq üçün bir tədbir görməlidir. Onu da qeyd edək ki, ümumiyyətlə Sumqayıtda Xəzər dənizinin sahil boyunca böyük ərazi üfunət verən çirkab içindədir. Xatırladaq ki, Sumqayıtda məişət-çirkab sularının təmizlənməsini təmin etmək üçün 2 il idi ki, təmizləyici qurğu tikilirdi, lakin layihə iflasa uğradı, milyonlarla pul havaya sovruldu. Hələ də şəhərin çirkab suları bir çox yerlərdən böyük diametrli borularla birbaşa dənizə axmaqda davam edir. Səməd Vurğun kücəsi boyunca Sumqayıt sahilini əhatə edən bulvarın salınması haqda qərarın həyata keçirilməsi isə görünür hələ çox vaxt aparacaq.
Şəhərin mərkəzi yerlərdə müəyyən abadlıq işləri aparılsa da, şəhərin sahilboyu hissəsi baxımsız vəziyyətdədir. İnanmırıq ki, dənizin kənarındakı bu qeyri-romantik mənzərələr şəhərimizə gələn qonaqların da xoşuna gələ…
Həmin xarabalıqdan çəkilən video və fotoları təqdim edirik: