Sumqayıtda dini qruplaşmalardan birinin lideri həbs edilib

745

Sumqayıtda dini qruplaşmalar arasında baş verən silahlı insidentlə bağlı daha bir nəfər saxlanılıb.Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıtda “Vəhhabilər”inin lideri kimi tanınan, 1979-cu il təvəllüdlü İlkin Əkbər oğlu Əkbərov həbs edilib. O, dekabrın 11-də Sumqayıtda “xəvarici”lərlə “sələfi”lər arasında baş vermiş silahlı münaqişənin əsas təşkilatçılarından biri olub. İ. Əkbərovdan xeyli sayda silah-sursat və qadağan olunmuş dini ədəbiyyat götürülüb.Bununla da, tutulanların sayı 14-ə çatıb.Hazırda həmin hadisənin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.Qeyd edək ki, dekabrın 11-də Sumqayıtda “xəvarici”lərlə “sələfi”lər arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər