Vurğulanıb ki, 1919-cu il martın 28-də Azərbaycan Demokratik Respublikası Hərbi Nazirliyinin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması ilə təməli qoyulan təhlükəsizlik orqanları şərəfli inkişaf yolu keçib. Tədbirdə 1956-1965-ci illərdə ulu öndər Heydər Əliyevin Dövlət Təhlükəsizliyi Komitəsində əvvəlcə əks-kəşfiyyata, 1967-ci ildən isə Komitəyə rəhbərliyi zamanı həmin xidmət orqanlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, milli dövlətçiliyi və maraqları mühafizə edən struktura çevrildiyini, burada çalışan milli kadrların sayının qısa müddətdə əhəmiyyətli dərəcədə artırıldığını xüsusilə qeyd olunub.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı sərəncamla hər il mart ayının 28-də Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları öz peşə bayramlarını qeyd edirlər. Bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 99-ci ildönümüdür.