Sumqayıtda ədliyyə işçilərinin peşə bayramı qeyd edilib – FOTOLAR

4435

dsc_0249

Sumqayıt şəhərində ədliyyə işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, onun əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbirdə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının rəhbərləri, regional məhkəmənin və onun yurisdiksiyasına aid edilən məhkəmələrin hakimləri, məhkəmə aparatının işçiləri, Sumqayıt Regional Ədliyyə Şöbəsinin, şəhərdə fəaliyyət göstərən icra, qeydiyyat şöbələrinin, notariat kontorlarının əməkdaşları iştirak edib.
Tədbiri Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi açıb. O, Azərbaycan ədliyyə sisteminin zəngin tarixindən, ölkəmizin yenidən dövlət müstəqilliyi əldə etdikdən və ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsində qurulmasından, bunun üçün həyata keçirilən əsaslı tədbirlərdən danışıb.
Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov ədliyyə işçilərini təbrik edərək bildirmişdir ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq sahəsində köklü islahatlar həyata keçirilmişdir.Hazırda bu islahatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
İcra hakimiyyətinin başçısı məhkəmə-hüquq sahəsində aparılan islahatlar nəticəsində ədalət mühakiməsinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini vurğulayaraq, ədliyyə işçilərinə fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxış edənlər ölkəmizdə aparılan uğurlu hüquq islahatlarından, ədliyyə sisteminin inkişafından söhbət açıb, ədliyyə orqanlarının qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquqlarının etibarlı təmin olunması işində öz vəzifələrini layiqincə yerinə yetirdiklərini vurğulayıblar.
Sonda ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə bir qrup şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilib.

dsc_0193dsc_0195dsc_0208dsc_0214dsc_0240dsc_0245
dsc_0260dsc_0262dsc_0273dsc_0306dsc_0307dsc_0319dsc_0340

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər