Sumqayıtda etiraz aksiyası keçirildi

642

Dünən Sumqayıt şəhər 9-cu mikro-rayon ərazisində etiraz aksiyası keçirən sakinlər yolu bağlayıblar.

Sakinlər bildiriblər ki, yaşayış binasının düz qarşısında 3 mərtəbəli bina tikilir və aparılmış qazıntı işləri binaya ciddi təhlükə yaradır. Binanın tikintisi sakinlərin əsas yola çıxışını da çətinləşdirib. Buna etiraz əlaməti olaraq sakinlər hasarlanmış yerdəki plakatları dağıdıb və yolu kəsməyə cəhd ediblər. Hadisə yerinə gələn polislər sakinləri sakitləşdirib. sumqayitxeber.com saytına daxil olan məlumata görə binanı “Karvan” ticarət mərkəzinin direktoru Ağamirzə Əhədov tikdirir. 

 

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər