Sumqayıtda etiraz edən şəxs yolkaya çıxarkən – VİDEO

626

Sumqayıtda keçirilən 52 metrlik tortun kəsilməsi və konsert proqramı zamanı maraqlı hadisə baş verib.
Hadisə şahidləri “Qafqazinfo”ya bildirib ki, gözlənilmədən orta yaşlı bir kişi İcra Hakimiyyətinin binası qarşısında qurulmuş böyük yolkanın başına çıxıb.

Oradan icra başçısı Eldar Əzizovu çağıraraq şəhərdə ayrı-seçkilik etdiyini bildirib və buna son qoymağı tələb edib. 
“Eldar Əzizov, çıx, xalqın qabağına” deyən kişi başçının onu qəbul etməməsinin səbəbini soruşub və ünvanına xoşagəlməz ifadələr səsləndirib. 
Sumqayıt Polis İdarəsinin əməkdaşları dərhal hadisəyə müdaxilə ediblər və əraziyə kran gətirilərək həmin şəxşi yolkadan endiriblər. Onun Sumqayıt şəhərindəki 4-cü polis bölməsinə aparıldığı bildirilir.Sumqayıt şəhər icra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ayaz İmaməliyev bildirib ki, həmin şəxs narkoman olub. Onun sözlərinə görə, icra başçısına etiraz edən şəxs polis tərəfindən saxlanılıb. İlkin ekspertiza zamanı Sumqayıt sakininin hadisəni törədərkən narkotik qəbul etdiyi məlum olub.
“Polisdə bizə verilən məlumata görə, həmin şəxs narkotik aludəçisi imiş. Ekspertizanın ilkin rəyinə əsasən, yolkaya çıxarkən narkotik maddə qəbul edibmiş. Narkotik maddənin təsirindən ayıldıqdan sonra tutduğu əmələ görə peşman olduğunu deyib. Hadisə ilə bağlı araşdırma aparılır. Şəhər polisi bu barədə rəsmi məlumat verəcək”, – deyə A.İmaməliyev söyləyib.
Meydan TV həmin videonu təqdim edir:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər