Sumqayıtda fədakar ananın övlad fəryadı: ürəkağrıdan mənzərə – VİDEO

1665
“Mən istəyirəm ki, yaşıdlarım kimi durub gəzim. Heç kimə möhtac olmayım. Artıq atamın, anamın gücü çatmır. Mənim ürəyim ağrıyır”.
Xeberle.com-un məlumatına görə, 23 yaşlı birinci qrup əlil Mahir Məmmədovun ürəyini ağrıdan onun gəzə bilməməsidir.
4 aylığında yüksək qızdırmadan iflic keçirən Mahir yerimə qabiliyətini itirib. Bundan sonra illərlə müalicə alır. Valideynləri Mahirin sağalması üçün kim harada ümid verirsə ora üz tuturlar. Amma xeyri olmur.
Övladının bu vəziyyətinə atanını ürəyi tab gətirmir. İki dəfə infarkt keçirən ata çalışma qabiliyyətini də itirir.
Ailənin bütün yükü ana Elmira Bədəlovanın çiyinlərində qalır. Bir tərəfdən çalışıb, evə çörək pulu qazanan Elmira xanım işdən sonra da Mahirlə məşğul olur. Onun zərif vücudu günü -gündən böyüyən övladını artıq güclə daşıyır. Bütün bunlarla bərabər oğlunun bir gün ayağa duracağına da ümidini itirmir. Və bir gün bu ümid işığı görünür.
Bir müddət əvvəl əlil uşaqla bərabər Mahir də Krım vilayətinin Yevpatori şəhərində əlillərin bərpa mərkəzində müalicəyə göndərilir. Mahiri müayinə edən həkimlər ona çox sevinəcəyi bir xəbəri verirlər. Sən demə Mahirin öz ayaqları üstündə durması mümkündür.
23 yaşlı Mahir Məmmədov sabaha ümidlə baxır. Bir gün əməliyyatı üçün lazım olan 12000 manat vəsaiti əldə edəcək və o da tay-tuşları kimi öz ayaqları üstünda duracaq.
Maddi yardım etmək  istəyənlər fotoda olan bank  hesabına köçürmə edə  bilərlər:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər