Sumqayıtda gənc məktəbli qızlar üçün layihə icra olunub

937

Yenilik və İnkişaf İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “Qadınların informasiya və kommunikasiya texnologiyaları istiqamətində karyera imkanlarının inkişaf etdirilməsi” adlı layihə 01.03.2023-cü il tarixindən start götürüb. Layihədə gənc məktəbli qızların İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsindəki məlumatlarının artırılması nəzərdə tutulub.

Layihədə 14-16 yaşlı Sumqayıtda yaşayan məktəbli qızlar iştirak edib və əsas məqsəd cəmiyyətdə qız uşaqlarının dəyərini təşviq etmək, onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların əhəmiyyətini təbliğ etmək olub.

Layihə zamanı məktəblərdə mütəmadi görüşlər təşkil edilərək, gənclərə İKT sahəsində yenilikləri əks etdirən, həmçinin İKT sahəsində uğur qazanmış rolmodel işgüzar qadınların nümunəsi iştirakçıları həvəsləndirmək məqsədi ilə  qısa metrajli film təqdim edilib. Daha sonra isə İKT sahəsi üzrə mentor olan Aygün Nəbiyeva tərəfindən İKT sahəsinin üstünlükləri haqqlnda geniş məlumat verilmişdir. Layihədə 8 məktəb olmaqla 164 gənc qız iştirak etmişdir. Layihə gənclər tərəfindən maraqla qarşılanıb.

Ümumilikdə layihə üç ay davam edərək, 01.06.2023- cü il tarixində yekunlaşdırılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər