Sumqayıtda görüş: “Ələ düşməz bir də o günlər”

467

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 1984-cü il Dram və kino aktyorluğu fakültəsinin sayılıb-seçilən aktyorları ilə “Ələ düşməz bir də o günlər” adlı musiqili görüş keçirilib.

Görüşdə ölkəmizin Xalq artistləri Vidadi Həsənov, Naibə Allahverdiyeva, Əməkdar artistlər Füzuli Hüseynov, Nahidə Orucova, Fəranə Musayeva, Hacı Hacıyev və digər aktyorlar, həmçinin qeyri-hökumət təşkilatlarının təmsilçiləri və “Əqliyar” musiqi qrupu iştirak edib.

Əməkdar artist Cəlal Məmmədovun spikerliyi ilə keçən görüşdə nəsillərin keyfiyyət dəyişikliyi ilə yaranan sintez, onun cəmiyyətə ötürdüyü çağırışlar barədə söhbət olub.

Aktyorlar şeirlər, monoloqlar söyləyib, səhnəciklər təqdim ediblər.

Görüşün sonunda qonaqlar sumqayıtlı tamaşaçıların suallarına cavab verib, gələcək yaradıcılıq planları barədə danışıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər