Sumqayıtda hamilə qadın 3-cü mərtəbədən yıxıldı

790

Sumqayıtda faciəvi hadisə olub. Bu barədə ANS PRESS-ə Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə gecə saatlarında 9-cu mikrorayon, ev 29/26, mənzil 4-də baş verib.

Bu ünvanda yaşayan 30 yaşlı Gülşən Zakir qızı Hacıyeva 3-cü mərtəbədə ipdən paltar asarkən yıxılıb. O, aldığı xəsarətlədən elə yerindəcə keçinib. Onun 8 aylıq hamilə olduğu bildirilir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Ilkin
    Noyabr 25, 2010 - 23:58

    Nə demək olar? Olduqca üzücü bir hadisədir.Düşünürəm ki, hamilə yoldaşını paltar asmaq üçün eyvana çıxmağa vadar edən kişilərin ” Kişilik” düşüncəsi silinib atılmalıdır.8 aylıq hamilə qadının eyvanda paltar asarkən yıxılmaq ehtimalının yüksək olmasını vurğulamağa ehtiyac varmı? aydındır ki, beləqadın ağır bir yüklə tarazlığını hər an itirmək təhlükəsi daşıyır. Allah rəhmət eləsin.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər