Sumqayıtda Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub

3598

Sumqayıt şəhərində “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibətilə ümumşəhər bayram tədbiri keçirilib.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri, ictimayət nümayəndələri iştirak ediblər.

Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinləri, tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının milli həmrəyliyinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən danışıb.

Qeyd olunub ki, 31 dekabr Azərbaycan xalqının tarixində ən yadda qalan və şərəfli günlərdən biridir.  31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününün bayram kimi qeyd olunması ilə bağlı tarixi qərar isə 1991-ci il dekabr ayının 16-da Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən verilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünya azərbaycanlılarının birləşməsi sahəsində gördüyü prinsipial işlər xalqımız və bütün dünya azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda davamlı tərəqqinin təmin edildiyini deyən Zakir Fərəcov 2023-cü ilin Sumqayıt şəhəri üçün də uğurlu il olduğunu qeyd edib.

Şəhər rəhbəri 2023-cü ildə Sumqayıtda görülən işlər, əldə olunan nailiyyətlər, həyata keçirilən layihələr haqqında məlumat verərək, Sumqayıt sakinlərinə xoş günlər, firavan həyat arzulayıb.

Vurğulanıb ki, Azərbaycanın inkişafını simvolizə edən, özünəməxsus müasir şəhər nümunəsinə çevrilən 74 yaşlı Sumqayıt öz tarixinin  çox fərəhli, yaddaşlara əbədi həkk olunan yeni günlərini yaşayır. Son illər həyata keçirilən geniş miqyaslı, uğurlu layihələr şəhərin simasını tamamilə dəyişib. Bu gün Sumqayıt müasir, böyük sənaye potensialına malik olan, gözəlliyi ilə öndə gedən şəhərlərə meydan oxuyan, sürətlə inkişaf edən, gündən – günə abadlaşan bir şəhərdir.

Sonra şəhərin sosial-iqtisadi həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup şəxsə İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.

Bayram şənliyində respublikanın tanınmış incəsənət nümayəndələri konsert proqramı ilə çıxış ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər