Dəm qazından boğulan şəxs hərbçi deyilmiş – YENİLƏNİB

369

Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Ordusunun hərbi qulluqçusu Yusifli Seymur Teymur oğlunun dəm qazından boğularaq vəfat etməsi barədə məlumat yayılıb.

Müdafiə Nazirliyindən Modern.az bildirilib ki, Müdafiə Nazirliyinin bazasında qeyd olunan ad və soyadda Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçu mövcud deyil.

“Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq”, – deyə açıqlamada qeyd olunub.

***

Sumqayıtda dəm qazından boğulma faktı baş verib.

APA xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.

Məlumata görə, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifli Seymur Teymur oğlu kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Əldə etdiyimiz xəbərə görə, Seymur Yusifli hərbi qulluqçu olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər