Sumqayıtda hesabat yığıncağı keçirilib – FOTOLAR

3692

Aprelin 20-də Sumqayıt şəhərində 2018-ci ilin birinci rübünün yekunları müzakirə olunub.
Tədbiri giriş sözü ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov açaraq bildirib ki, hesabat dövrü Sumqayıt şəhəri üçün uğurlu olub.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar nəticəsində hesabat dövründə şəhərin iqtisadiyyatı artan sürətlə inkişaf etmiş, bütün sahələrdə müsbət irəliləyiş təmin olunmuşdur. Şəhər üzrə ümumdaxili məhsul istehsalı və xidmətlərin həcmi 424,4 milyon manat və ya 151,0 faiz təşkil etmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 133,4 milyon manat və ya 51,0 faiz çox məhsul istehsal olunmuş və xidmət göstərilmişdir.

Sənaye məhsullarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 46,2 faiz artaraq  296,0 milyon manat olmuş, məhsul istehsalı 94,0 milyon manatdan çox artmışdır. Ümumdaxili məhsulun tərkibində qeyri-dövlət sektorunun payı 85,0 faizdən çox olmuşdur.

İlin əvvəlindən bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 44,4 milyon manat vəsait yönəldilmişdir. Kapital qoyuluşu keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə, tikinti-quraşdırma işlərinin həcmi isə 4 dəfə artmışdır.

Əhalinin alıcılıq qabiliyyətini, real pul gəlirlərini əks etdirən göstəricilərdən biri olan parakəndə ticarət dövriyyəsi 110,0 faiz və ya əhaliyə 215,0 milyon manatlıq mal satılmış, pullu xidmət 78,0 milyon manat və ya 109,0 faiz olmaqla 7,0 milyon manat çox olmuşdur.  Müqayisədə əmtəə dövriyyəsi 11,0 faiz,  pullu xidmət 9,0 faiz artmışdır.  Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhaliyə göstərilən nəqliyyat və rabitə  xidmətlərinin həcmi eyni səviyyədə qalmışdır. Orta əmək haqqı 106,0 faiz və ya 407,0 manat təşkil etmişdir.  Əhalinin sayı 3,0 min nəfərdən çox artmışdır.

Həyata keçirilən tədbirlər nəticəsində 1320 yeni iş yerləri açılmışdır.

6 müəssisə ilin sonuna qədər fəaliyyətə başlıyacaq. Bu müəssisələrdə 2 mindən çox yeni iş yerlərinin açılması nəzərdə tutulur. İnvestisiya qoyuluşu təqribən 2,3 milyard ABŞ dolları təşkil edəcəkdir.

Büdcənin gəlir hissəsi 116,5 faiz yerinə yetirilmişdir. Yerli büdcəyə 1,5 milyon manat əlavə vəsit daxil olmuşdur.

Vurğulanıb ki, Şəhər İcra hakimiyyətinin dəstəyi ilə Məşğulluq Mərkəzi əhalinin işlə təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirmişdir. Mərkəzə 2758 nəfər işaxtaran müraciət etmiş və onlardan 1828 nəfər işlə təmin olunmuşdur. Ölkə rəhbərinin tapşırığına əsasən Sumqayıt şəhərində 1590 ictimai iş yerləri açılmışdır.

Məcburi köçkün və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış üçün yarasız olan bina və sosial obyektlərdə məskunlaşan insanların köçürülməsi üçün cənab İlham Əliyevin göstərişi və ölkənin Birinci Vitse-Prezidenti  xanım Mehriban Əliyevanın tövsiyyə və tapşırıqlarına əsasən Sumqayıt şəhərində 936 ailənin köçürülməsi nəzərdə tutulan yeni yaşayış binalarının tikintisi davam etdirilmişdir.

Möhtərəm cənab Prezident İlham Əliyevin tapşırığı və yaxından köməyi sayəsində Şəhər İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə Sumqayıt şəhərində abadlıq-quruculuq, yaşıllaşdırma işləri, yeni sosial obyektlərin tikintisi və təmiri birinci rübdə də davam etdirilmişdir.

Yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin görülməsi istiqamətində Metallurq küçəsi sənaye zonasından  keçməklə Bakı-Quba yoluna qədər 4,0 km uzunluğunda yenidən qurularaq kompleks şəkildə əsaslı təmir olunur.

İsmət Qaibov, Babək, Kamran Hüseynov küçələrinin asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar hazırlıq işləri aparılmışdır. Hazırda İsmət Qaibov və Babək küçələrində asfalt işlərinə başlanılmışdır. 3-cü, 9-cu mikrorayonlarda və bir çox məhəllələrin ərazilərinə ümumilikdə 15 min kv.metrdən çox asfalt örtüyü salınmışdır.

Mənzil fondunun saxlanılması, dam örtüyünün yenidən qurulması, fasadların təmiri sahəsində 9; 10; 11, 12-ci və 13-cü  mikrorayonlarda 50 yaşayış binasının dam örtüyü metal-kirəmitlə əvəz edilmiş, 50 yaşayış binasında işlər davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaxından köməyi sayəsində istismar müddətini ötmüş 105 ədəd lift dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.

18-ci mikrorayon ərazisində 42 ədəd lift “onlayn” rejimində işləyən intelektual idarəetmə sisteminə – Mərkəzləşdirilmiş Dispetçer xidmətinə qoşulmuşdur. Hazırda 2-ci, 17-ci mikrorayonlarda, 45-ci məhəllədə olan hündürmərtəbəli binalarda liftlərin mərkəzləşdirilmiş dispetçer xidmətinə qoşulması işləri aparılır. İlin sonuna qədər şəhər üzrə bütün liftlərin həmin sistem vasitəsi ilə idarə olunması işlərinin başa çatdırılması nəzərdə tutulur.

Ölkə rəhbərinin yaxından köməyi sayəsində əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədi ilə şəhərdaxili mövcud xırda tutumlu, istismara yararsız, ekoloji baxımdan tələblərə cavab verməyən, primitiv nəqliyyat vasitələrinin çox hissəsi xətlərdən çıxarılmış, sərnişinlərin rahatlığı üçün Türkiyə istehsalı olan 145 ədəd müasir sərnişin avtobusları gətirilərək marşrut xətlərinə  buraxılmışdır. Şəhərdə müasir tipli yeni dayanacaqlar quraşdırılır. Bu sahədə işlər davam etdirilir.

Şəhərin təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, təlim-tərbiyənin yaxşılaşdırılması, yuxarı sinif şagirdlərinin dərsə dəvamiyyəti ilə bağlı problemlərin aradan qaldırılması sahəsində müəyyən işlər görülmüşdür.

Hesabat dövründə səhiyyə xidmətinin bütün sahələr üzrə yaxşılaşdırılması, xəstəliklərin profilaktikası, əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi xidmətin, eləcə də ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, əlilliyin azaldılması və reabilitasiyası sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən  15.02.2018-ci il tarixdən 15.05.2018-ci il tarixədək şəhər əhalisinin tibbi müayinəsinin aparılması üçün lazımi tədbirlər həyata keçirilmişdir. 01.04.2018-ci il tarixədək 152 min iki yüz nəfər (63%) tibbi müayinədən keçirilmişdir.

İdmаn növləri üzrə milli yığmа komаndа hеyətlərində Bеynəlхаlq səviyyəli dünyа, Аvropа kuboku yаrışlаrındа iştirаk еdən şəhər idmаnçılаrı 23 mеdаl qаzаnmışdır.

2018-ci ilin qalan dövrü ərzində də şəhərin inkişafı ilə əlaqədar abadlıq-quruculuq işlərinin, sosial obyektlərin, yaşayış binalarının dam örtüklərinin, fasadlarının əsaslı təmiri, istilik təchizatı ilə əlaqədar problemlərin həlli, Corat qəsəbəsi və St.Sumqayıt ərazisində yeni uşaq bağçalarının tikintisi, küçə və yolların, məhəllədaxili ərazilərin asfalt örtüyünün dəyişdirilməsi, Acı Dərə kanalının yaşayış ərazilərindən keçən hissəsinin boruya alınması, yeni istehsal sahələrinin, iş yerlərinin açılması və digər sosial problemlərin həlli istiqamətində işlər davam etdiriləcək.

Hesabat məruzəsi ətrafında çıxış edənlər bildirdilər ki, cari ilin birinci rübündə həyata keçirilən layihələr, qazanılan uğurlar ili layiqincə sona çatdırmaq üçün etibarlı zəmin yaradır.

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

11

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər