Sumqayıtda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş intellektual yarışı keçirilib

109
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Gənclər kitabxanası və Heydər Əliyev Mərkəzinin birgə Həmkarlar İttifaqının Sumqayıt şəhər Komitəsinin dəstəyi ilə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xəmsə” intellektual yarışı keçirilmişdir. “Tarixin azərbaycanlı dahisi”, “Heydər Əliyev və Mədəniyyət”, “Heydər Əliyev və neft strategiyası”, “”44 günlük Vətən müharibəsi” adlı 4 turdan ibarət olan yarış 1,5,12,23,31 saylı tam orta məktəblərin 8-11-ci sinif şagirdləri arasında keçirildi.Tədbirin əvvəlidə Gənclər kitabxanasının müdir vəzifəsini m.i.e Leyla Mahmudova ulu öndərin həyatı və siyasəti haqqında məlumat verərək “Tarixin azərbaycanlı dahisi” adlı sərgi haqqında tədbir iştirakçılarına məlumat verdi. Sonra şagirdlər hər turda 10 sualdan ibarət olan sualları cavablandırdılar. 23 saylı tam orta məktəbin “Zəfər” komandası I yerə, 1 saylı tam orta məktəbin “Qələbə” komandası II yerə,12 saylı tam orta məktəbin “Tusi” komandası III yerə layiq görülmüş, 31 saylı tam orta məktəbin “Bayraqdar” komandası və 5 saylı tam orta məktəbin “Dəmir yumruq komandası iştirak etdiklərinə görə münsiflər heyətinin üzvləri MİHİ Sumqayıt şəhər Komitəsinin sədri Şahin Şəfiyev, MKS-in direktoru Natəvan Axundzadə, Heydər Əliyev mərkəzinin direktoru Vüsalə Qurbanova,Gənclər və idman baş İdarəsinin əməkdaşı Zaur Əlizadə və Heydər Əliyev Mərkəzinin Baş Fond mühafizi Fatimə Tanrıverdiyeva tərəfindən Fəxri fərman və hədiyyələrlə mükafatlandırıldılar.
+20
Bütün reaksiyalar:

Aygun Zulfuqarlı, Rəhman Orxan və başqa 160 nəfər

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər