Sumqayıtda iki ailə dəm qazından zəhərlənib

140

Sumqayıtda müxtəlif ünvanlarda beş nəfər dəm qazından zəhərlənib.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə “Betonzavod” adlanan yaşayış massivində və Hacı Zeynalabdin qəsəbəsində fərdi yaşayış massivində qeydə alınıb.

“Betonzavod” ərazisində fərdi evdə yaşayan Sumqayıt şəhər sakinləri, 2003-cü il təvəllüdlü Fərqanə Elbrus qızı Mehdiyeva, 2005-ci il təvəllüdlü Əfsanə Elbrus qızı Mehdiyeva və 2003-cü il təvəllüdlü Fidan Süleyman qızı Abdullayeva, Hacı Zeynalabdin qəsəbəsində yaşayan, 1956-cı il təvəllüdlü Nigar Mirdövlət qızı Cəfərova, 2005-ci il təvəllüdlü Nərmin Elgün qızı Astanovadır.

Dəm qazından zəhərlənən şəxslər dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktlarla bağlı araşdırmalar aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər