Sumqayıtda iki obyekt “qara sıyahı”da

594
Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsi vergi borclarının alınması şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən, “SAS” MMC-yə məxsus gözəllik salonu və sağlamlıq mərkəzində əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib.Nazirliyin Analitik-infomasiya şöbəsindən AFN.az-a verilən məlumata görə, bu gün müəssisənin 2 229 manat vergi borcu yaranıb, oktyabrın 23-də ona borc bildirişi göndərilib, noyabrın 5-də isə Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin üçün gözəllik salonuna məxsus əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb. Vergi əməkdaşları obyektdəki 2 500 manat məbləğində müxtəlif növ trenajor alətlərini müvafiq qaydada siyahıya alıblar.

Həmin gün vergi xidməti əməkdaşları Sumqayıt şəhərindəki daha bir obyektdə – 21-ci mikrorayonda yerləşən, fiziki şəxs Eldəniz Mahir oğlu Allahverdiyeva məxsus dəmirçi sexində də əmlakı siyahıya alıblar. E.Allahverdiyevin fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən araşdırılarkən, onun aprel ayında 2 828,5 manat vergi borcunun yarandığı müəyyən edilib, aprelin 23-də ona vergi borcu haqqında bildiriş göndərilib, noyabrın 12-də isə fiziki şəxsə məxsus əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb. Vergi əməkdaşları dəmirçi sexindəki 3 min manat dəyərində əmlakı müvafiq qaydada siyahıya alıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər