Sumqayıtda internet klubda və çay evində kazino-qumarxana aşkar edilib

578

Sumqayıtda internet klubda və çay evində kazino-qumarxana aşkar edilib.

Bu barədə Gün.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində H.Z.Tağıyev qəsəbəsi ərazisindəki internet klubların birində, qəsəbə sakini Alı Rəsulovun “onlayn” sistemi ilə kazino-qumarxana təşkil etməsi müəyyən edilib. Oraya baxış zamanı 2 kompüter dəsti aşkar olunaraq götürülüb.

Bundan başqa DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisindəki çay evlərinin birində, şəhər sakini Rəşad Vəliyevin “onlayn” sistemi ilə kazino-qumarxana təşkil etməsi müəyyən edilib.

Oraya baxış zamanı 12 kompüter dəsti, 1 ədəd modem, 1 ədəd möhür, hesabatların aparıldığı 4 ədəd jurnal və 457 manat məbləğində uduşa qoyulmuş pul aşkar olunaraq götürülüb.

Babək Cahandarov
Gün.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər