Sumqayıtda koronavirus xəstəsi komendant postunda saxlanıldı – VİDEO

878
Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirusa yoluxmuş şəxsin yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.
Şəhər ərazisində qurulmuş komendant postlarının birində  “Mercedes” markalı avtomobil saxlanılıb. Araşdırma nəticəsində  avtomobili idarə edən Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Məmmədov Babək Məmməd oğlunun aktiv koronavirus xəstəsi olduğu məlum olub. COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılaraq, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratdığı diqqətinə çatdırılıb.
Polis əməkdaşları tərəfindən əraziyə briqada dəvət olunub və həmin şəxs yaşadığı ünvana geri qaytarılıb.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər