“Sumqayıt”da koronavirusa yoluxmuş futbolçuların adları bilindi

601

“Sumqayıt” klubunda koronavirusa yoluxmuş futbolçuların adları bəlli olub.

Klubun Mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovun “Report”a verdiyi məlumata görə, qapıçı Mehdi Cənnətovdan başqa, müdafiəçi Elvin Bədəlov, yarımmüdafiəçilər Vüqar Mustafayev və Kərəm Sultanovda xəstəliyin simptomları aşkarlanıb.

Amma onların test nəticələri mənfi çıxıb. Buna baxmayaraq, sözügedən oyunçular “Qəbələ” ilə matç ərəfəsində komandanın düşərgəsindən kənarlaşdırılıblar.

Qeyd edək ki, daha əvvəl “Sumqayıt”ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə virusa yoluxub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər