Sumqayıtda mədəniyyət festivalı – “Ruhumuzun binəsi”

1112

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsinin “Heydər Əliyev- 100” layihəsi çərçivəsində keçirdiyi “Ruhumuzun binəsi” adlı mədəniyyət festivalı böyük marağa səbəb olub. Şəhərin 13 mikrorayon ərazisində Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Dövlət Rəsm Qalereyasının təşəbbüsü, Sumqayıt Regional Mədəniyyət İdarəsinin S.Vurğun adına Mərkəzi Kitabxana, N.Gəncəvi adına Kitabxana -Klubun birgə təşkilatçılığı ilə reallaşan festival Ulu Öndərin həyat və fəaliyyətini özündə əks etdirən kitab və rəsm sərgisinin nümayişi ilə başlayıb.

Əvvəlcə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yazıçı, ssenarist, kulturoloq Hafiz Ataxanlı tədbiri açaraq Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti ilə yanaşı, Azərbaycan mədəniyyəti üçün gördüyü işlərdən danışıb.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin şöbə müdirinin müavini Fərman Kazımov, Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova, Sumqayıt Dövlət Rəsm Qalereyasının müdiri Ellada Həsənova Ümummilli Liderin dünya üçün ümumbəşəri dəyər olduğunu vurğulayaraq, onun Azərbaycanın siyasi həyatındakı xidmətlərindən söz açıblar.

Sonra bir neçə şair şeirlərini səsləndirib.

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov adına 28 nömrəli orta məktəbin və Qubadlı rayon Xıdırlı kənd orta məktəbinin şagirdlərinin ifasında Heydər Əliyevə və Müstəqillik Gününə həsr olunmuş şeir və mahnılar tədbirə başqa ovqat və rəng qatıb.

Sonra tədbir iştirakçıları S.Vurğun adına Mərkəzi kitabxananın oxucusu Dəniz İsmayılzadənin ifasında Hafiz Ataxanlının ssenarisi əsasında hazırlanmış “Xurşidbanu Natəvanın “Şuşa düşüncələri bu gün” adlı monotamaşasına baxıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər