Sumqayıtda “Narkomaniyaya Yox Deyək!” adlı konfrans keçirilib -FOTOLAR

853

Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi və Sumqayıt şəhər Polis İdarəsinin birgə təşkilatçılığı ilə fərqli formatda “Narkomaniyaya Yox Deyək!” adlı maarifləndirici konfrans keçirilib.
Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü ilə görüşdə yalnız tələbələr deyil, eyni zamanda valideyn və müəllim heyəti iştirak edib.
Görüşü giriş çıxışı ilə Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil mərkəzinin direktoru Gülşən Ömərova açaraq, qonaqları və iştirakçıları salamlayıb. O, sağlam cəmiyyətin formalaşması üçün narkomaniya ilə mübarizənin prioritet məqsəd və vəzifələrdən biri olduğunu, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı, dövlətçiliyimizi daha da möhkəmləndirmiş olduğumuzu vurğulayib.
Konfrans zamanı natiqlər Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev,
Sumqayıt şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili bölməsinin rəisi, polis mayoru Azər Bağırov,
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, Sumqayıt şəhər Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov narkomanlığın sağlamlığa mənfi təsiri ilə bağlı mövzular əsasında tələbələrə ,,Ağ Ölüm” adlanan bu bəlanın nə qədər təhlükəli olduğu barədə məruzə ediblər, narkomaniya və zərərli vərdişlərə qarşı ölkəmizdə kəskin mübarizə və geniş maarifləndirmə işlərinin aparıldığını bildiriblər, dövlət və ictimai qurumlarla yanaşı, ictimaiyyətin də bu sahədə fəal olmasının vacibliyini vurğulayıblar.
Sonra Sumqayıt şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş “Narkomaniyaya yox deyək adlı!” videotəqdimat nümayiş olunub.
Sonda Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev tələbə, valideyn və müəllim heyətinin suallarını cavablandırıb, konfrans diskusiya şəklində davam edib.
Foyedə, tədbirin formatına uyğun olaraq, mərkəzin tələbələri :
“Kompüter operatoru” ixtisası üzrə təhsil alan Murad Əliyevin foto,
“Dərzi” ixtisası üzrə təhsil alan Fidan Əliyevanın rəsm sərgisi nümayiş etdirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər