Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Sumqayıt şəhərində növbəti ağacəkmə aksiyası keçirilib.
Sumqayıt Şəhər İcra Hakimiyyəti, YAP Sumqayıt şəhər təşkilatının birgə təşkilatçılığı və “Baku Steel Company” QSC, “Azərikimya” İstehsalat Birliyinin iştirakı ilə keçirilən aksiyada 300-ə yaxın həmişəyaşıl ağac əkilib.
Şəhərin Sülh prospektində əkilən ğaclara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.
Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd ölkədə ətraf mühitin mühafizəsinə və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm verən Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ənənələrin davam etdirilməsidir.
Müzakirə qapadılmışdır.