Sumqayıt şəhərində əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə müxtəlif yerlərində mütəmadi olaraq səyyar qəbullar keçirilir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 4-cü məhəllə ərazisində keçirib. Qəbulda 20-ə yaxın vətəndaşın təklif, müraciət və şikayətləri dinlənilib.
Şəhər rəhbəri qeyd edib ki, görülmüş işlər nəticəsində şəhər sakinlərini narahat edən məsələlər, mövcud problemlərin həlli istiqamətində müsbət nəticələr əldə olunub. Sumqayıt şəhərində davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür. Bunun nəticəsində bir neçə il öncə sakinlər tərəfindən qaldırılan problemlərlə bağlı müraciətlər demək olar ki, yoxdur.
Qəbulda vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.