Sumqayıtda Novruz bayramı münasibətilə şəhid və qazi övladları üçün şənlik təşkil olunub – FOTOLAR

1023
Martın 16-da Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Beynəlxalq Qadınlar Klubunun dəstəyilə Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində Novruz Bayramı münasibətilə şəhid və qazi övladları üçün “Əmanətimiz şəhid övladları” adlı bayram şənliyi təşkil olunub. Əvvəlcə tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Milli Məclisin deputatları Müşfiq Məmmədli və Emin Hacıyev şəhid və qazi ailələrinin bayramını təbrik edib, onlara xoş arzularını çatdırıblar. Tədbirdə Dədə Qorqud ağsaqqal öyüd-nəsihətləri, Bahar qızı “Novruz gəlir” mahnısı ilə, Novruz personajları Kosa və Keçəl məzəli oyunları ilə uşaqları əyləndiriblər. Bir-birinin ardınca şən əhval ruhiyyəli musiqi və rəqslər şənlik iştirakçılarının könlünü oxşayıb. Tədbirdə 154 nəfər şəhid və qazi övladına geyim və oyuncaq hədiyyələri, həmçinin bayram sovqatları təqdim olunub.
Sonda şəhid və qazi ailələri onlara daim diqqət və qayğı göstərən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Sumqayıtda Novruz bayramı münasibətilə şəhid və qazi övladları üçün şənlik təşkil olunub - FOTOLAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər