2018-ci ildə görülən işlərin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini müavini Ülviyyə Müzəffərova, Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elşən Qəmbərov, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xidməti ərazisinə 25 məhəllə, 3 mikrorayon, Kotec, İnşaatçılar, Kimyaçılar, Sumqayıt stansiyası, Xəzər, Xəzri və Yaşma yaşayış massivləri daxildir. Nümayəndəliyə daxil olan ərazidə 90 min nəfərdən çox əhali yaşayır. Nümayəndəliyin ərazisində 9 Mənzil Kommunal Sahəsi xidmət göstərir.
Qeyd olunub ki, nümayəndəlik əsəsən öz hüdudları daxilində ərazidə fəaliyyət qöstərən idarə, müəssisə və təşkilatlarla qarşılıqlı münasibətlər formasında əməkdaşlıq edir.
Vurğulanıb ki, hesabat dövründə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, şəhərdaxili yolların, küçələrin, eləcə də məhəllədaxili ərazilərin asfaltlanması işləri mərhələli şəkildə davam etdirilib. Cəfər Cabbarlı, Kamran Hüseynov, Kimyaçılar, M.İbrahimov, 20 Yanvar, Mehdi Hüseynzadə, Natəvan, Nəriman Nərimanov küçələrində, 2, 3-cü mikrorayonların, 1, 7-8-12, 18, 26-cı məhəllələrin ərazisində asfalt örtüyü döşənilib. Ümumilikdə şəhər üzrə 290 min m2 asfalt örtüyü döşənmiş, 35 min m2 asfalt örtüyü cari təmir edilib. 13 min p/m bardür dəyişdirilmiş, 25 min p/m bardür rənglənmiş, 58 kanalizasiya quyusu bərpa edilmiş, küçə və prospektlərə 459 ədəd ad bildirən lövhə vurulub.
Metallurq Yəhya Məmmədov küçəsi abadlaşıb, “Acıdərə” kanalının 1800,0 p/m hissəsi iri diametrli borulara salınıb, yol genişləndirilərək asfalt örtüyünün döşənməsinə başlanılıb. Hazırda işlər davam etdirilir.
Şəhərdə ekoloji mühitin sağlamlaşdırılmasına, yaşıllıq zolaqlarının salınmasına xüsusi diqqət yetirilib.
Hesabat dövründə nümayəndəlik ərazisində mənzil fondunun saxlanılması, dam örtüyünün yenidən qurulması, fasadların təmiri sahəsində xeyrli işlər görülüb. Ümumilikdə 600-dən çox binanın zirzəmisi məişət tullantılarından, çirkab sulardan, qurunt sularından təmizlənmişdir. Bu işlər davam etdirilir.
Nümayəndəliyin ərazisindəki məhəllə və mikrorayonlarda küçə işıqlandırılması işləri əsasən yekunlaşdırılıb.
Bir çox yaşayış sahələrində elektrik enerjisinin fasiləsizliyini təmin etmək məqsədi ilə dairəvi elektrik təchizatı sistemi yaradılıb.
Dənizkənarı kanalizasiya kollektorun Təmizləyici qurğulara qədər çəkilişi, məhəllə və mikrorayonların çıxış xətlərinin birləşləşdirilməsi və yeni fekal kanalizasiya nasosxanasının tikintisi başa çatdırılıb.
Sumqayıt qaz istismar sahəsi tərəfindən Xəzər bağları, Kotej yaşayış sahəsi, St.Sumqayıt ərazisində müxtəlif diametrli qaz xətləri əsaslı təmir olunmuş, yeniləri ilə əvəzlənmiş, qaz paylayıcı qurğular quraşdırılıb.
Hesabat dövründə əhalinin istiliklə normal təmin olunması üçün məhəllə və binadaxili istilik təchizatı sistemlərinin əsaslı təmiri və bərpası üzrə işlər davam etdirilib.
Sonda hesabat məruzəsi ətrafında müzakirələr aparılıb.