Sumqayıtda oğurluqla məşğul olan şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş Orxan Abdullayevin ətrafında Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il noyabrın 4-də şəhər ərazisində “KİA” markalı avtomobildən 300 manat pul və sənəd oğurlaması da müəyyən edilib.
Bundan başqa Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il sentyabrın 5-dən bu il martın 10-dək olan müddətdə şəhər ərazisində 2 evdən 990 manat, 4 ədəd qol saatı, mobil telefon, kompyuter və qızıl əşyalar, 1 mağazadan isə 441 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Suleykin saxlanılıb.
Hər iki şəxsin ətrafında araşdırmalar davam etdirilir.