Sumqayıtda ötən gecə piyadanı vuraraq öldürüb qaçan sürücü saxlanıldı

338

Ötən gecə Sumqayıtda idarə etdiyi “VAZ-2107” markalı avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin 1987-ci il təvəllüdlü Şirinov Zaur Əliəskər oğlu olduğu müəyyənləşib.
O, saxlanılaraq məsuliyyətə cəlb olunub.
Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında şəhərin Çerkası küçəsində baş verib. Hadisə nəticəsində piyada, 2006-cı il təvəllüdlü Ceyhun Cavadov ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər