Sumqayıtda payız iməcilikləri davam etdirilir

614

Dekabrın 1-də «Azərikimya» İB-nin bütün idarə və müəssisələrinin ərazilərində və Sumqayıt sənaye zonası deyilən geniş bir sahədə iməcilik keçirilmişdir.
Sumqayıtın sənaye zonasında ekoloji mühitin yaxşılaşdırılmasına və yaşıllığın artırılmasına xidmət edən iməcilikdə «Azərikimya» İB-nin Etilen-polietilen, «Üzvi sintez», Mexaniki-təmir zavodlarının, Anbar Təsərrüfatının, Təmir-tikinti və Nəqliyyat və xüsusi texnika idarələrinin 500-dən artıq əməkçisi iştirak etmişdir. Bir neçə saat davam edən iməcilik boyu sənaye zonasında və müəssisələrin ərazilərində xüsusi ayrılmış sahələrdə 1800-dən artıq müxtəlif növ ağac əkilmiş, əvvəlki iməciliklərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş, ərazilərdə təmizlik-abadlıq işləri aparılmışdır.
Bu dəfəki iməcilikdə İstehsalat Birliyinin əməkdaşları ilə bərabər Respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər şöbəsinin, «Sumqayıt» Peşəkar Futbol Klubunun, Birliyin Təcili yardım mərkəzinin və «Kimyaçı» poliklinikasının nümayəndələri də iştirak etmiş və onlar üçün ayrılmış ərazidə 100-dən artıq ağac əkmişlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər