Sumqayıt Olimpiya İdman Kompleksində “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsinə start verilib.
Sumqayıtda ilk dəfə keçirilən hərbi-vətənpərvərlik düşərgəsində “Mübarizlər”, “Aslanlar”, “Canavarlar”, “Şahinlər” və “Əqrəblər” komandalara Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbçiləri tərəfindən sıra, topoqrafiya, mühəndis, komandir, kəşfiyyat, atəş hazırlığı və digər hərbi təlimlər keçiriləcək.
Düşərgədə müxtəlif bölgələri təmsil edən qazi, qazi övladları, aztəminatlı ailələrin övladları da daxil olmaqla, 85 gənc birincilik uğrunda mübarizə aparacaq.
Müzakirə qapadılmışdır.