Sumqayıtda “Qaçqınlar üçün bir addım atın”kompaniyası çərçivəsində mini futbol turniri keçirildi

238

10 iyul 2019-cu il tariхində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə M.Hüseynzadə adına şəhər stadiоnunun süni örtüklü meydançasında BMT QAK-ın (UNHCR) elan etdiyi “Qaçqınlar üçün bir addım atın” devizi altında davam edən“Qaçqınlarla” kampaniyası çərçivəsində gənclər arasında mini futbol turniri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi Elgün Hümbətov əsası Ümummilli Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, şəhər rəhbərliyinin gənc nəslə göstərdiyi diqqət və qayğıdan, Respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmışdır. Qeyd olundu ki, turnirin keçirilməsində məqsəd “Qaçqınlar üçün bir addım atın” devizi altında“ başlanan kampaniyaya dəstək olmaq, Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, gənclərin fiziki inkişafına nail olmaq, sağlamlıqlarının möhkəmləndirmək, asudə vaxtlarının səmərəli təşkili, həmçinin mövcud potensiallarının üzə çıxarılmasıdır.
Gərgin keçən turnirin yekun nəticəsinə əsasən I yerə Sumqayıt Qızıl Aypara Cəmiyyəti, II yerə Qubadlı rayonunun “Həkəri”, IIIyerə isə Sumqayıt “Asan Xidmət” Mərkəzinin komandası layiq görülmüşdür.
Qalib komandalar şəhər Gənclər və İdman Baş İdarəsinin medal və xatirə hədiyyələriilə təltif edilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər