Sumqayıtda qadın xadimə geyimində xəstəxanadakı vətəndaşları soydu – FOTO

1411

Sumqayıt şəhərində naməlum bir qadın xadimə formasını geyərək xəstəxanadan oğurluq edib.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, qadının Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına daxil olaraq, özünü oranın əməkdaşı kimi göstərərək otaqlardan qızıl, pul, ayaqqabı, tibbi avadanlıqlar oğurladığı bildirilib.

Məsələ barədə Sumqayıt Tibb Mərkəzi ilə əlaqə saxladıq.

Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib:

“Araşdırmanın nəticəsinə uyğun olaraq, ictimaiyyətə əlavə məlumat veriləcək”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev saytımıza açıqlamasında bildirib ki, görüntülərlə bağlı hazırda Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır:

“Hadisəni törədən şəxsi müəyyən edərək, məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər