Sumqayıtda “Qadınlara qarşı zorakılığa yox” adlı tədbir keçirilib

533

Sumqayıt şəhərində Gender Əsaslı Zorakılığa qarşı 16 Günlük Fəallıq kampaniyası çərçivəsində “Qadınlara qarşı zorakılığa yox” adlı tədbir keçirilib.

BMT-nin Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikasının Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə gənclər və təhsil, səhiyyə müəssisələrində çalışan əməkdaşlar iştirak edib.

Sumqayıt Tarix Muzeyində  keçirilən müzakirənin moderatoru Əfsanə Tahirova, qonaqları isə aktrisa Aydan Həsənzadə və müasir incəsənətin müxtəlif sahələri ilə məşğul olan Elturan Məmmədov olub.

Onlar qadın və qızlara qarşı zorakılığın cəmiyyətə vurduğu zərər, eləcə də belə hallarla mübarizə yollarına dair fikir mübadiləsi aparıblar.

Tədbir zamanı hüquqşunas Rəşid Məmmədov iştirakçılara məişət zorakılığı, qadın hüquqları barədə geniş məlumat verib, iştirakçıların suallarını ətraflı cavablandırıb.

Tədbirdə həmçinin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi, Azərbaycan Respublikasının Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və  BMT-nin İnkişaf Proqramının (BMTİP) həyata keçirtdiyi “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” Layihəsi çərçivəsində yaradılmış Sumqayıt şəhər Qadın Resurs Mərkəzinin koordinatoru Günel Ələkbərova çıxış edərək Mərkəz tərəfindən həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər