Sumqayıtda qanvermə aksiyası keçiriləcək

594
Qafqaz Müsəlmanları İdarəsi Aşura günü ilə bağlı qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb.  QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, vətəndaşlar Bakının Təzə pir, Hacı Soltanəli, Bibi-Heybət, İçərişəhər, Qaraçuxur Mir Mövsüm Ağa, Keşlə qəsəbə məscidlərində qan verə bilərlər.

Həmçinin Sumqayıtda şəhər Cümə, Gəncədə İmamzadə, Mingəçevirdə Heydər məscidlərində, Şəki şəhər məscidi, Lənkəranda Böyük bazar məscidi və Bərdə şəhər Cümə məscidində qanvermə aksiyaları keçiriləcək. Qeyd edək ki, Məhərrəm ayı noyabrın 16-da başlayıb. Aşura günü isə noyabrın 25-dədir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər