Sumqayıtda qəzalı vəziyyətdə olan binadan – REPORTAJ

846

 

Sumqayıt şəhər 4-cü mikrorayon ev 80/30a, mənzil 18-də yaşayan Eyyub Şivəxanov “Xeberle.com” xəbər portalına məktub göndərmişdi. Məktubda Sumqayıt sakini yaşadıqları binada yaranmış problemlə bağlı portalımız vasitəsilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edirdi. Şəhər sakini məktubda qeyd edirdi ki, yaşadıqları binanın dam örtüyü qəzalı vəziyyətdədir və bu problemi özündə əks etdirən fotoşəkilləri ötən ilin sentyabrın 28-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova göndərib.

Vəziyyətlə yerində tanış olmaqdan ötrü məktubda göstərilən ünvana yollandıq. Bloka daxil olar-olmaz problem sezilirdi. Pilləkənlərlə yuxarı mərtəbələrə qalxdıqca sözügedın binada durumun hansı vəziyyətdə olması barədə insanda daha aydın təəssürat yaranırdı. Pilləkənlərin alt hissələrinin yaş olduğu və armaturların çürüdüyü hiss edilirdi. Yağış suları blokun 5-ci mərtəbəsinə qalxan pilləkənlərin piltələrini və armaturlarını yarasız hala salıb. Örtük piltələrin isə armaturları erroziyaya uğrayıb. Şikayətçilərdən olan Eyyub Şivəxanov deyir ki, bina 1953-cü idldə inşa olunub. E. Şivəxanov bu binada 1983-cü ildən yaşayır və dediyinə görə burada yaşadığı müddət ərzində binanın dam ötrüyü 2 dəfə təmir olunub. Şikayətçi bildirdi ki, əvvəllər evlərinə yağış sularının axması onları narahat edirdisə, indi artıq bu problemin üstünə biri də əlavə olinub. Onun sözlərinə görə, piltələrin çürüməsi insanların təhlükəsizliyinə ciddi təhlükə yaradır. Vəziyyət dözülməz həddə çatıb. Hər an bu dam örtüyünün çökmə təhlükəsi var və böyük faciələrə səbəb ola bilər. Şikayətçilər deyirlər ki, bu problemlə bağlı 2010-cu ildən aidiyyatı qurumlara müraciət edirlər. 18-ci mənzilin sakini seyir ki, ötən qışda mövcud porblemi Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin baş mühəndisi Atəş Sultanovun diqqətinə çatdırıblar: “Bizə onda dedilər ki, indi qışdır, tol yapışdırmaq olmaz yayda edərik.” Yay fəslinin səbirsizliklə gəlməsini gözləyən sakinlər problemlərinin həll ediləcəyini düşünürlərmiş. Amma di gəlki, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi bu dəfə başqa bir səbəblə çıxış edib: “Dedilər ki, sizin yaşadığınız binanın əsaslı təmirə ehtiyacı var. Bu təmirin aparılması üçün isə bizim imkanımız yoxdur” Sakinlər deyirlər ki, aidiyyatı qurumlar onları get-gələ salıb. Nə problem həllini tapır, nə də ki, get-gəllər qurtarır.
Sakinlər aidiyyatı qurumlardan vaxtında tədbir görmələrini gözləyirlər. Deyirlər ki, problemi vaxtında həll etmək lazımdır, daha ölüm-itim olandan sonra yox.
Onlar yerli qurumlar tərəfindən dərdlərinə rəva tapa bilmədikləri təqdirdə Fövqəladə Hallar Nazirliyinə və Prezident İlham Əliyevə müraciət edəcəklərini söyləyirlər.
Sakinlərin şikayətini dinlədik.

Dəfələrlə mövzu ilə əlaqədar Mənzil Kommunal Təsərrüfatı İstismar İstehsalat Birliyinin baş mühəndisi Atəş müəllim və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Tariyel Hacıyevlə  əlaqə saxlamaq istəsək də, cəhdlərimiz boşa çıxdı… Ya telefonları məşğul oldu, ya da cavab vermədilər… Ramil Yaquboğlu, xeberle.com

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər