Sumqayıtda quruculuq abadlıq işləri sürətlə davam edir - VIDEOREPORTAJ

4576

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Sumqayıtda infrastruktur və sosial layihələr uğurla həyata keçirilir.Parklar salınır, yollar təmir edilir, binaların dam örtüyü dəyişdirilir, fasadları müasir üsubda  üzlənir,giriş qapıları təmir edilir,liftlər yenilənir,yeni avtobuslar gətirilir,mərkəzi küçələr əsaslı şəkildə yenidən qurulur.Bir sözlə şəhər sanki yenidən qurularaq,müasir görkəm alır.

Son illərdə ölkə başçısı tərəfindən  aparılan məqsədyönlü islahatlar Azərbaycanın bütün regionlarında, o cümlədən Sumqayıtda  da  insanların rifahının yaxşılaşması  ilə müşayiət olunub, tikinti quruculuq işləri  uğurla reallaşdırılıb.Sürətlə abadlaşan Sumqayıt bu gün sanki yenidən qurulur. Burada  öz əhəmiyyətinə görə respublika səviyyəli mühüm layihələr həyata keçirilib.Bütün bu işlər ölkə prezidentinin Sumqayıta etdiyi səfərlər,dövlət başçısının şəhərin abadlığı üçün ayrlan vəsaitlər  hesabına həyata keçirilib.Qədirbilən sumqayıtlılar da prezident İlham Əliyevin apardığı siyasətə daim dəstək olur,şəhərə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirirlər.

Əhaliyə göstərilən nəqliyyat xidmətinin təkmilləşdirilməsi üçün daha 170 müasir avtobuslar gətirilib,müasir daynacaqlar quraşdırılıb.Şəhər üzrə mənzil  fonduna  daxil olan  1363 dam örtüyü var ki,bunların da 550-si son 3 ildə dəyişdirilib.Hazırda işlər davam etdirilir.Binaların mövcud 4600  giriş qapısından 2250-də təmir işləri aparılıb. Pilləkən qəfəslərinin girişləri təmir edilib,   ağartma işləri aparılıb və  girişlərə yeni  kodlu seyf   qapılar quraşdırılıb,məhəlləlrə gecə işıqlandırma üçün işıq dirəkləri basdırılıb. Şəhər İcra Hakimiyyətinin bilavasitə köməyilə cari ildə  Belarusiyanın  ” Maqilyev- lift istehsalı  zavodu” ndan  alınan  105   yeni lift mütəxəsislər tərəfindən  işə salınaraq sakinlərin istifadəsinə verilib. Quraşdırılan liftlər tam müasir tələblərə cavab verir.Əhaliyə daha yaxşı xidmət göstərmək məqsədi ilə yeni dispetçer xidməti yaradılıb və hazırda bu xidmət digər mikrarayonlarda da davam edir.2,3 və 17-ci mikrarayondakı nümunəvi məhəllələrdə işlər başa çatıb.Yaşayış binalarının həyətlərində sakinlərin  asudə vaxtlarını səmərəli  keçirtmək üçün kölgəlik və atraksionlar quraşdırılıb.Təmizlik Departamenti tərəfindən mərkəzi küçələrin  yuylub təmizlənmək üçün xüsusi yeni maşınlar gətirlib.Şəhərin park və xiyabanlarında yeni tullantı qabları və oturacaqlar quraşdırılıb.Yanvar ayından indiyədək 25 min ağac ,Türkiyə və İtaliyadan gətirilən 50 min dekorativ gül  əkilib. 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin  Mənzil Kommunal  Təsərrüfatı İstehsalat Birliyi park və xiyabanlarınyaşıllıqlarının qorunması üçün səylə fəaliyyət göstərir.

İlin sonunda  və bu ilin əvvəlindən başlayaraq  Səməd Vurğun küçəsində,Nizami küçəsində,İsmət Qayıbov küçəsində tam təmir işləri başa çatdırılıb.Hal hazırda İsmət Qayıbov küçəsində işlərin tamamlanması işləri gedir və o küçə başa çatdıqdan sonra Babək küçəsində yolun yenidən qurulması həyata keçiriləcəkdir.Bununla yanaşı Sumqayıt şəhərində ilin sonunadək mərkəzi küçələrdən Üzeyir Hacıbəyov,Zülfü Hacıyev,Quliyev küçələrində,Metallurq küçəsində yəni indiki Yəhya Məmmədov küçəsində,Kamran Hüseynov küçəsində asfalt işlərinin  yenilənməsi, yolun yenidən qurulması həyata keçiriləcəkdir. Sumqayıtın gecələri də gündüzləri kimi gözəldir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər