Sumqayıtda radiodakı oğurluq faktı ilə bağlı istintaq gedir

641

Sumqayıt şəhərində fəaliyyət göstərən “Radiomor” dakı oğurluq faktı ilə bağlı hazırda istintaq gedir.

www.sumqayitxeber.com saytına açıqlamasında şirkətin rəhbəri Mikayıl Abdullayev bildirib ki, oğurluq faktı ilə bağlı Sumqayıt şəhər 4-cü polis bölməsinə müraciət olunub və hal-hazırda faktla bağlı istintaq gedir.

Qeyd edək ki, radionun yerləşdiyi ofisdə oğurluq hadisəsi baş verib. Oğrular radionun yerləşdiyi ofisin arxa tərəfində olan pəncərinin dəmir barmaqlıqlarını xüsusi alətlə sındırmaqla içəri daxil olublar. Nəticədə radioya məxsus texniki avadanlıqlar – bir neçə kompüter və səsyazma aparatları oğurlanıb.Şirkətə 5 min manatadək maddi ziyan dəyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər