Sumqayıtda saryera sərgisi – FOTOLAR

177
Sumqayıt Dövlət Universitetində keçirilən “Karyera Körpüsü: Diplomdan peşəkarlığa ilk addım” adlı Karyera Sərgisi və Əmək Yarmarkası çərçivəsində qonaqlar və iştirakçılar şirkətlərin sərgi stendlərinə baxış keçiriblər.
Baxış zamanı şirkət nümayəndələri tərəfindən təqdim olunan vakansiyalar, təcrübə proqramları və karyera imkanları ilə yaxından tanışlıq olub. Şirkət nümayəndələri tələbə və məzunlara əmək bazarının aktual tələbləri, işə qəbul prosesləri və peşəkar inkişaf imkanları barədə ətraflı məlumat veriblər. Sərgi iştirakçıları müxtəlif sahələr üzrə təqdim edilən iş və təcrübə imkanları ilə maraqlanıb, şirkət nümayəndələri ilə birbaşa ünsiyyət quraraq gələcək karyera perspektivləri barədə fikir mübadiləsi aparıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər