Sumqayıt şəhərində daha 3 şəhidimizin- əsgər Rüstəmli Əmrah Natiq oğlu, əsgər Allahverdiyev Kənan Mərdan oğlu və gizir Ələkbərov Niyaməddin İsrafil oğlunun il mərasimi keçirilib.
Mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi, general-mayor Natiq Qarayev, Millət vəkilləri Tahir Mirkişili, Müvfiq Məmmədli, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhidlərimizin keçdiyi döyüş yollarından danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.