Sumqayıtda səyyar postlar yaradıldı: xidmət belə aparılacaq

2939
Sumqayıt şəhərlərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlər quraşdırılmış xüsusi polis postları  ləğv edilib.
Buna səbəb şəhərdaxili yollarda avtonəqliyyatın hərəkətinin intensivliyini təmin etmək, sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarətə daha çox əməkdaşın cəlb edilməsidir.
Bəs Sumqayıtda xidmət necə təşkil ediləcək? 
Sumqayıt şəhər Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis polkovnik -leytenantı Nizami Paşayev bildirib ki, şəhər ərazisində bu gündən səyyar postlar təşkil olunub: “170 səyyar post gündüz saatları, 70- isə axşam saatları üçün təşkil olunub. Ümumilikdə şəhər ərazisində 240 səyyar post xidmət göstərəcək ki, bu da işin səmərəliliyinin artırılmasına xidmət edir. Daxili Qoşun, Fövqəladə Hallar, polis əməkdaşları və həmçinin də hərbiçilərlə birlikdə 840 əməkdaş səyyar postlarda xidmətə cəlb olunub. xeberle.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər