Sumqayıtda sosial evlər tikilir – VİDEO

962

Ölkə başçısının əhalinin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırığına uyğun olaraq, Mənzil İnşaatı Dövlət Agentliyinin daha bir layihəsi Sumqayıt şəhərində reallaşdırılır.

Oxu.Az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar olaraq Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 0.76 ha torpaq sahəsi Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilib.

Layihəyə uyğun olaraq, həmin torpaq sahəsində iki ədəd doqquzmərtəbəli iki bloklu yaşayış binasının tikintisi həyata keçirilir. Bu binalarda 144 mənzil olacaq. Onlardan 36-nın bir otaqlı, 72-nin iki otaqlı, 36-nın isə üç otaqlı olması planlaşdırılır.

Bir otaqlı mənzillərin sahəsi təqribən 35 kvadratmetr, iki otaqlı mənzillərin sahəsi təqribən 56 kvadratmetr, üç otaqlı mənzillərin sahəsi isə 74 kvadratmetr təşkil edəcək.

Vətəndaşlara güzəştli şərtlərlə təklif ediləcək bütün mənzillər tam təmirli olacaq, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin ediləcək. Evlərin təhvil verilməsinin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər