İqtisadiyyat Nazirliyinin 508,14 hektar əraziyə malik “Sumqayıt Kimya Sənaye Parkı” MMC-i uzunmüddətli proqramlar və iqtisadiyyatın inkişafının davamlılığını təmin edən konsepsiya əsasında fəaliyyət göstərir. Müəssisənin ərazisində yeni zavodlar inşa olunur.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində “AzerFloat” QSC-nin şüşə lövhələrin istehsalı üzrə zavodunun tikintisi gələn il başa çatacaq.
N.Səfərov bu layihə üzrə 82 milyon ABŞ dolları məbləğində investisiya qoyuluşu nəzərdə tutulduğunu qeyd edib.