Sumqayıtın bir sıra yaşayış məntəqələrində təbii qazın verilməsində məhdudiyyətlər olacaq.
Sumqayıt Qaz İstismarı Sahəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sentyabrın 11-də saat 10:00-dan 17:00-dək şəhərin Kimyaçılar və Kotec qəsəbələri, Xəzər bağları yaşayış massivi, 26 və 7-8-12-ci məhəllələrin qaz təchizatı dayandırılacaq.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq, təbii qazın verilişi təmin ediləcək.