Sumqayıt şəhərində tanınmış Ukrayna şairi və yazıçısı Lesya Ukrainkanın (Larisa Petrovna Kosaç-Kvitka) 140 illiyi ilə əlaqədar abidəsi ucaldılacaq.
Sumqayıt şəhər İcra Hakimiyyətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, bu məqsədlə şəhərin Çerkassı küçəsində salınacaq parkın və abidənin layihəsi hazırlanır. Salınması nəzərdə tutulan parkın ərazisinin uzunluğu 1346 metr, eni 30.25 metr, ümumi sahəsi isə 40716 kvadratmetrdir. Monumentin açılışı 2011-ci ilə planlaşdırılır.
Qeyd edək ki, Lesya Ukrainka 1871-ci ildə doğulub və 1913-cü ildə ağır xəstəlik nəticəsində dünyasını dəyişib.
Milli.Az