Sumqayıtda vəhhabinin evindən 134 dini ədəbiyyat, 47 patron tapıldı

535

Sumqayıtdakı hadisələrdə yeni həbs olunanalrla bağlı DİN məlumat yayıb. 

“Qafqazinfo” xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişədə iştirak etmiş şəhər sakinləri Elçin Əkbərov və əvvəllər məhkum olunmuş Vüqar Abdullayev tutulub.
V.Abdullayevin evinə baxış zamanı oradan baraban tipli tapança, 47 ədəd müxtəlif çaplı patron, 2 bıçaq, 1 ədəd dəmir dəyənək, qanunla qadağan olunmuş müxtəlif məzmunlu 134 ədəd dini ədəbiyyat və 81 disk aşkar edilərək götürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər