Sumqayıtda Vətən müharibəsi şəhidinə həsr olunan tematik gecə keçirilib – FOTO

499

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində “Dostluq” Mədəniyyət evinin təşkil etdiyi Vətən müharibəsi şəhidi, baş leytenant Mikayıl İlqar oğlu Məmmədzadənin mövlud günü ilə əlaqədar “Şəhid qanı axmayan torpaqdan Vətən olmaz ” adlı tematik gecə keçirilib.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşı Eyvaz Qocayev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı, “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova və şəhidin yaxın qohumları iştirak ediblər.

Əvvəlcə torpağlarımız uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Aparıcı şəhid Mikayıl Məmmədzadə haqqında ətraflı məlumat verib və videoçarx nümayiş olunub. Çıxış üçün söz Ceyran Həsənovaya və digər qonaqlara verilib. Onlar da öz növbəsində ən müqəddəs zirvə olan şəhidlik zirvəsinə ucalan igidlərimizin hər biri ilə qürur duyduqlarını bildiriblər.

Tədbirin bədii hissəsində Şəhid Mikayıl Məmmədzadəyə həsr olunan səhnə canlandırılıb. “Qönçə” xor kollektivi və bədii özfəaliyyət kollektivinin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.

Sonda Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyevin adından Ceyran Həsənova şəhidin anası Zülfiyyə xanıma gül dəstəsi təqdim edib. Şəhid anası çıxış edərək, ilk növbədə ölkə başçısına şəhid ailələrinə, həmçinin, qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər