Sumqayıtda xəstəxananın yaxınlığında yanğın baş verib

585
Sumqayıt şəhərində növbəti yanğın hadisəsi baş verib.
Bu gün saat 09:27 dəqiqədə Səməd Vurğun küçəsi 4 nömrəli şəhər xəstəxanasının arxasında Xəzər bağlarında ümumi sahəsi 200 kv.metr , 6 otaqlı fərdi yaşayış evinin 2-ci mərtəbəsində 20 kv.metr sahəsi olan 1 otaq yanmışdır. Yanğın yerinə Sumqayıt Yanğından Mühafizə qarnizonunun 2 ədəd yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Yanğın tez bir zamanda – saat 09:42-də söndürülüb və evin qalan 180 kv.metr sahəsi, habelə qonşu ev yanğından mühafizə edilib.
Yanğının səbəbi araşdırılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər