Sumqayıtda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

1288

Sumqayıtda Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə anım tədbiri keçirilib

Minlərlə insanın iştirak etdiyi tədbirdə tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak edib.

Tədbir iştirakçıları Sumqayıt şəhər Nəsimi parkında Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edərək, abidə qarşısına güllər düzərək Xocalıda şəhid olan soydaşlarımızı dərin ehtiramla yad ediblər. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra şəhərdə məskunlaşan Xocalı sakinləri ilə görüşən İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır soyqırım cinayətlərindən biri olduğunu vurğulayıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb, 155 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini anırlar.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər